Abşeron Binə Peşə Liseyində erkən nikahların hüquqi və sosial aspektləri mövzusunda maarifləndirici təlim
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və “Femida Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə 6 oktyabr 2026-cı il tarixində Abşeron Binə Peşə Liseyində “Erkən nikahların hüquqi və sosial aspektləri" mövzusunda maarifləndirici təlim təşkil olunmuşdur.
Təlim zamanı tələbələrə erkən nikahların hüquqi nəticələri, fərdlərin təhsil və inkişaf imkanlarına təsiri, ailə və cəmiyyət üçün yaratdığı sosial problemlər, eləcə də bu halların qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat təqdim olunmuşdur.Təlim interaktiv formatda keçirilmiş, mövzu ilə bağlı maarifləndirici oyunlar təşkil olunmuşdur. Bununla yanaşı, iştirakçıların sualları cavablandırılmışdır və onların aktiv iştirakı təmin edilmişdir.