“ArbiTrain” layihəsinin II-ci buraxılışı
"Femida Könüllüləri" Təşkilatı tərəfindən gənc hüquqşünaslar arasında ölkədə yeni növ hüquq peşələrinin təbliği məqsədilə təşkil edilmiş “ArbiTrain” layihəsinin II-ci buraxılışının növbəti qonağı Legalize Hüquq Şirkətinin təsisçi-partnyoru Ruslan Bayramov olmuşdur.“Arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası” mövzusuna həsr olunmuş növbəti təlim çərçivəsində Femida Könüllüləri arbitraj qərarlarının tanınması üçün tələblər, qarşılaşa biləcək hüquqi maneələr və onların aradan qaldırılması üsulları, həmçinin arbitraj qərarlarının tanınması və icrası üçün beynəlxalq hüquqi baza yaradan Nyu-York Konvensiyası haqqında geniş və ətraflı məlumat əldə etdilər.
Sonda Femida Könüllülərini maraqlandıran suallar cavablandırılıb.