Xəbərlər

“Arbitrium” Vəkil Bürosunda Femida Könüllülərinin sertifikasiyası

“Arbitrium” Vəkil Bürosunda fəaliyyətini uğurla başa vuran Femida Könüllüsünə sertifikat təqdimetmə mərasimi baş tutub.

Mərasimdə iştirak edən “Arbitrium” Vəkil Bürosunun vəkili Fəridə Qurbanova könüllünün fəaliyyətini yüksək qiymətləndirib və ona gələcək işlərində uğurlar arzulayıb.

Sonra məzun olan Femida könüllüsü sertifikatla təltif edilib.

Qeyd edək ki, #könüllü noyabr-fevral ayları ərzində “Arbitrium” Vəkil Bürosunda fəaliyyətdə olub. O ilkin və yekun qiymətləndirməni uğurla keçərək, STEP I mərhələsini başa çatdırıb.