Azərbaycan Hakimlərinin I Forumu
Cari ilin 28 fevral tarixində Azərbaycan Hakimlər İttifaqı və Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının təşkilatçılığı ilə Azərbaycan Hakimlərinin I Forumu keçirilib.400-dən çox məhkəmə hakiminin, həmçinin Məhkəmə-Hüquq Şurası üzvlərinin iştirak etdiyi forumun məqsədi hüquq ictimaiyyətini və cəmiyyəti ölkəmizdə gedən məhkəmə-hüquq islahatları barədə məlumatlandırmaq olub.
Tədbir çərçivəsində Femida Könüllüləri Təşkilatı “Məhkəmə-hüquq sistemində könüllülük fəaliyyətinin səmərəli təşkilinə görə”, bir sıra Femida Könüllüsü isə “Məhkəmə-hüquq sistemində ictimai fəallığına görə” nominasiyası ilə təltif edilib.