Xəbərlər

Azərbaycan Respublikasının Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinin yad edilməsi

"Femida Könüllüləri” Təşkilatı Naxçıvan şəhərində yerləşən Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edərək dahi rəhbərin əziz xatirəsini yad edib, önünə güllər qoyublar.

Daha sonra Femida Könüllüləri Heydər Əliyev Muzeyini gəzərək Ümummilli Liderin həyat və fəaliyyətini, zəngin dövlətçilik irsini özündə təcəssüm etdirən eksponatlar ilə tanış olublar.