Xəbərlər

Bakı Apellyasiya Məhkəməsində könüllülərin sertifikasiyası

Bakı Apellyasiya Məhkəməsində fəaliyyətlərini uğurla başa vuran Femida Könüllülərinə sertifikatların təqdimetmə mərasimi baş tutub.

Mərasimdə iştirak edən Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov könüllülərin fəaliyyətini yüksək qiymətləndirib və onlara gələcək işlərində uğurlar arzulayıb.

Sonra məzun olan Femida könüllüləri sertifikatlarla təltif ediliblər.

Qeyd edək ki, #könüllülər may-noyabr ayları ərzində Bakı Apellyasiya Məhkəməsində fəaliyyətdə olublar. Onlar ilkin və yekun qiymətləndirməni uğurla keçərək, STEP II mərhələsini başa çatdırıblar.