Bakı Turizm Peşə Təhsil Məktəbində narkomaniya ilə mübarizə mövzusunda maarifləndirici təlim
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və “Femida Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə 7 oktyabr 2026-cı il tarixində Bakı Turizm Peşə Təhsil Məktəbində “Narkomaniya ilə mübarizə" mövzusunda maarifləndirici təlim təşkil olunmuşdur.
Təlim zamanı iştirakçılara narkotik maddələrin növləri, orqanizmə və psixikaya vurduğu zərərli təsirlər, narkotiklərin qanunsuz dövriyyəsi və istifadəsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulan məsuliyyət və narkomaniyanın ailə və cəmiyyət üçün yaratdığı sosial-psixoloji problemlər, eləcə də narkomaniyadan qorunmaq yolları, profilaktik tədbirlərin əhəmiyyəti və mövcud psixoloji və hüquqi dəstək mexanizmləri barədə məlumat verilib.Təlim interaktiv formatda keçirilmiş, mövzu ilə bağlı maarifləndirici oyunlar təşkil olunmuş, iştirakçıların sualları cavablandırılmış və onların aktiv iştirakı təmin edilmişdir.