"Femida Könüllüləri" üçün təlim
Məhkəmə modulunun STEP I mərhələsi çərçivəsində Nəsimi Rayon Məhkəməsində fəaliyyət göstərən Femida Könüllüləri üçün “Publik hüquqi şəxslərdə effektiv idarəetmə və insan hüquqları” mövzusunda təlim keçirilib. Təlim Nəsimi Rayon Məhkəməsinin hakimi Vüsalə Musayeva tərəfindən keçirilib.

Təlim zamanı publik hüquqi şəxslərin anlayışı, hüquqi statusu və fəaliyyət istiqamətləri, həmçinin effektiv idarəetmənin əsas prinsipləri barədə məlumat verilmişdir. Eyni zamanda, insan hüquq və azadlıqlarının təmin edilməsinə dair hüquqi mexanizmlər və mövcud qanunvericiliyin tətbiqi məsələləri iştirakçıların diqqətinə çatdırılıb.
Sonda iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb və könüllülər əldə etdikləri bilikləri aydın şəkildə mənimsəyiblər.