Xəbərlər

Femida Könüllüləri üçün təlim

Məhkəmə modulunun STEP I mərhələsi çərçivəsində Binəqədi Rayon Məhkəməsinin hakimi Aytəkin İbrahimova tərəfindən Femida Könüllüləri üçün “Hüquq düşüncəsinin formalaşması və tamah niyyətilə törədilən cinayətlərin fərqləndirilməsi” mövzularını əhatə edən təlim keçirilib.

Təlim zamanı hüquq düşüncəsinin formalaşmasının əhəmiyyəti, hüquqi məsələlərin təhlili və hüquqi nəticələrin əsaslandırılması prinsipləri iştirakçıların diqqətinə çatdırılıb. Eyni zamanda, tamah niyyətilə törədilən cinayətlərin anlayışı, onların digər oxşar cinayət tərkiblərindən fərqləndirilməsi, cinayət-hüquqi kvalifikasiyanın xüsusiyyətləri və bu sahədə məhkəmə təcrübəsində formalaşmış yanaşmalar izah edilib.

Sonda iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb və könüllülər təlim zamanı əldə etdikləri bilikləri daha da möhkəmləndiriblər.