Xəbərlər

“Femida Könüllüləri” Təşkilatında departamentlər üzrə müsahibə mərhələsi

“Femida Könüllüləri” Təşkilatının “Layihələrin idarə edilməsi” və “Könüllülərlə iş” departamentləri üzrə əməkdaşlıq üçün müraciət etmiş namizədlərlə müsahibələr həyata keçirilib.

Müsahibələrin keçirilməsində əsas məqsəd təşkilatın fəaliyyət istiqamətləri üzrə peşəkar və motivasiyalı şəxslərin komandaya cəlb edilməsidir.Müsahibələr zamanı iştirakçılar müvafiq sahələr üzrə biliklərini nümayiş etdirir, praktiki situasiyalara yanaşmalarını izah edir və təşkilatın dəyərlərinə uyğunluqları nəzərdən keçirilir. Eyni zamanda, namizədlərin liderlik keyfiyyətləri, təşəbbüskarlıq bacarıqları və sosial məsuliyyətə münasibətləri də qiymətləndirilir.