“Femida Könüllüləri” Təşkilatının Beynəlxalq Bakı Sammitində təmsil olunması
“Femida Könüllüləri” Təşkilatı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə cari ildə keçirilmiş “Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər” mövzusunda Ombudsmanların Beynəlxalq Bakı Sammitində təmsil olunmuşdur.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva sammit çərçivəsində könüllülük fəaliyyəti göstərən gənclərlə görüşərək onların fəaliyyətini yüksək qiymətləndirmiş və gənclərə sertifikatlar təqdim etmişdir.