Femida Könüllüləri üçün “Arbitraj və onun xüsusiyyətləri” mövzusunda təlimin keçirilməsi
Məhkəmə modulunun STEP I mərhələsi çərçivəsində Nəsimi Rayon Məhkəməsində fəaliyyət göstərən Femida Könüllüləri üçün “Arbitraj və onun xüsusiyyətləri” mövzusunda təlim keçirilib. Təlim Nəsimi Rayon Məhkəməsinin hakimi Vüsalə Musayeva tərəfindən keçirilib.
Təlim zamanı arbitrajın anlayışı, hüquqi mahiyyəti, mübahisələrin alternativ həlli üsulu kimi xüsusiyyətləri, arbitraj sazişinin əhəmiyyəti və arbitraj prosesinin əsas mərhələləri barədə məlumat verilib. Həmçinin arbitrajın məhkəmə icraatı ilə fərqli və oxşar cəhətləri, eləcə də mübahisələrin həllində rolu diqqətə çatdırılıb.Sonda iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb və könüllülər əldə etdikləri bilikləri aydın şəkildə mənimsəyiblər.