Femida Könüllülərinin Naxçıvan Nümayəndəliyində oktyabr–yanvar buraxılışı üzrə müsahibə mərhələsi
“Femida Könüllüləri” Təşkilatının Naxçıvan Nümayəndəliyi tərəfindən məhkəmə və vəkillik modulu üzrə oktyabr–yanvar buraxılışı üçün fəaliyyət göstərmək istəyən namizədlərlə müsahibələr həyata keçirilib.
Müsahibələrin keçirilməsində əsas məqsəd müvafiq modullar üzrə fəaliyyətə cəlb olunacaq namizədlərin müəyyənləşdirilməsi, onların potensialının və könüllülük fəaliyyətinə uyğunluğunun qiymətləndirilməsidir.