Kürdəmir Rayon Məhkəməsində Femida Könüllülərinə sertifikatların təqdim edilməsi mərasimi
Regionlarda məhkəmə modulu üzrə fəaliyyətlərini Kürdəmir Rayon Məhkəməsində uğurla başa vuran Femida Könüllülərinə sertifikatların təqdimetmə mərasimi baş tutub.

Mərasimdə iştirak edən Kürdəmir Rayon Məhkəməsinin sədri Şəhriyar Əliyev könüllülərin fəaliyyətini yüksək qiymətləndirib və onlara gələcək işlərində uğurlar arzulayıb.Sonra məzun olan Femida Könüllüləri sertifikatlarla təltif ediliblər.
Qeyd edək ki, #RegionKönüllüləri cari ilin iyul - avqust ayları ərzində 45 gün müddətində həftədə 5 gün olmaqla Kürdəmir Rayon Məhkəməsində intensiv proqram çərçivəsində fəaliyyətdə olublar. Onlar ilkin və yekun qiymətləndirməni uğurla keçərək, STEP I mərhələsini başa çatdırıblar.
Könüllülər qeyd olunan fəaliyyət vasitəsilə yay tətili müddətində həm istirahət edib, həmçinin asudə vaxtlarını faydalı dəyərləndirmə şansı əldə ediblər.