Xəbərlər

Könüllülər üçün "Legal Ring" yarışı təşkil olunub

Femida Könüllüləri üçün “Legal Ring - Payız 2024” #intellektual yarışı təşkil olunub.

“Legal Ring - Payız 2024” yarışın keçirilməsində məqsəd könüllülərin asudə vaxtlarının səmərəli təşkili, onların #hüquqi bilikləri və dünyagörüşlərinin artırılması olub. 

Müxtəlif instansiya məhkəmələrində və vəkillik modulu üzrə fəaliyyət göstərən cari  və məzun Femida Könüllülərindən ibarət komandaların iştirakı ilə keçirilən gərgin mübarizədə “Legendae Victorii” komandası qalib gəlib. 

Sonda I, II və III yeri tutan komandalar mükafatlarla təltif edilib.