“Media Savadlılığı” mövzusunda təlim
“Femida Könüllüləri” Təşkilatının Naxçıvan Nümayəndəliyi “Media Savadlılığı” Həftəsi çərçivəsində Naxçıvan Muxtar Respublikasında könüllülər üçün Medianın İnkişafı Agentliyi tərəfindən keçirilən “Media Savadlılığı” mövzusunda təlimdə iştirak edib.Qeyd edək ki, təlimin əsas məqsədi həssas istifadəçi qrupu hesab edilən gənclərə yeni media mühitindəki tendensiyaları izah etmək, media savadlılığı ilə bağlı zəruri bilik və bacarıqları aşılamaq, cəmiyyətdə məlumat təhlükəsizliyinin təminində gənclərin rolunu artırmaq, eyni zamanda onların tənqidi düşünmə və təhlil bacarıqlarını inkişaf etdirmək olub.