Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərmək üçün seçmə mərhələsini uğurla tamamlamış könüllülərlə görüş
“Femida Könüllüləri” Təşkilatına Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərmək üçün müraciət etmiş və seçmə mərhələsini uğurla tamamlamış könüllülər üçün görüş keçirilib.Görüş çərçivəsində könüllülər təşkilatın hüquqi maarifləndirmə və ictimai faydalılıq sahəsindəki rolu ilə tanış ediliblər, könüllülük fəaliyyətinin əsas prinsipləri və gözlənilən məsuliyyətlər izah olunub. Həmçinin könüllülük fəaliyyətinin qaydaları ilə bağlı iştirakçılar məlumatlandırılıblar.
Eyni zamanda, könüllülərin sualları cavablandırılıb, onların motivasiyası və gözləntiləri dinlənilib, gələcək fəaliyyətlər üzrə qarşılıqlı fikir mübadiləsi aparılıb.
