Xəbərlər

Naxçıvan Şəhər Məhkəməsində Femida Könüllüləri üçün “Açıq qapı” günü

Femida Könüllüləri üçün Naxçıvan Şəhər Məhkəməsində “Açıq qapı” günü keçirilib.

Tanışlıq çərçivəsində Naxçıvan Şəhər Məhkəməsinin hakimi Gülsüm Əliyeva hüquqşünaslara məhkəmənin fəaliyyəti barədə məlumat verib.İştirakçılar məhkəmənin inzibati binası, məhkəmə iclas zalları, dəftərxanası və arxivi ilə tanış olub, məhkəmənin fəaliyyəti və iş prosesinin təşkili barədə məlumat əldə ediblər.

Görüş zamanı məhkəmə fəaliyyətinin təşkili, hüquqşünasların peşəkar inkişafı və məhkəmə-hüquq sistemi ilə bağlı iştirakçıları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.