Xəbərlər

Naxçıvan Şəhər Məhkəməsində Femida Könüllülərinə sertifikatların təqdim edilməsi

Naxçıvan Şəhər Məhkəməsində fəaliyyətlərini uğurla başa vuran Femida Könüllülərinə sertifikatların təqdimetmə mərasimi baş tutub.

Mərasimdə iştirak edən Naxçıvan Şəhər Məhkəməsinin sədri Gülnar Səfərəliyeva könüllülərin fəaliyyətini yüksək qiymətləndirib və onlara gələcək işlərində uğurlar arzulayıb.Sonra məzun olan Femida könüllüləri sertifikatla təltif ediliblər.Qeyd edək ki,  #könüllülər mart-iyun ayları ərzində Naxçıvan Şəhər Məhkəməsində fəaliyyətdə olublar. Onlar ilkin və yekun qiymətləndirməni uğurla keçərək, STEP I mərhələsini başa çatdırıblar.