Xəbərlər

Şərur Rayon Məhkəməsində Femida Könüllülərinə sertifikat təqdimatı

Regionlarda məhkəmə modulu üzrə fəaliyyətlərini Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsində uğurla başa vuran Femida Könüllülərinə sertifikatların təqdimetmə mərasimləri baş tutub.

Mərasimdə iştirak edən Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsinin sədri Abil Orucəliyev könüllülərin fəaliyyətini yüksək qiymətləndirib və onlara gələcək işlərində uğurlar arzulayıb.Sonra məzun olan Femida Könüllüləri sertifikatlarla təltif ediliblər.Qeyd edək ki, #RegionKönüllüləri cari ilin iyul - avqust ayları ərzində 45 gün müddətində həftədə 5 gün olmaqla Naxçıvan Muxtar Respublikası Şərur Rayon Məhkəməsində intensiv proqram çərçivəsində fəaliyyətdə olublar. Onlar ilkin və yekun qiymətləndirməni uğurla keçərək, STEP I mərhələsini başa çatdırıblar.

Könüllülər qeyd olunan fəaliyyət vasitəsilə yay tətili müddətində həm istirahət edib, həmçinin asudə vaxtlarını faydalı dəyərləndirmə şansı əldə ediblər.