Xəbərlər

Toğrul Quluzadənin “ArbiTrain” layihəsinin III buraxılışında iştirakı

“Femida Könüllüləri” Təşkilatı və Bakı Arbitraj Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilən “ArbiTrain” layihəsinin III-cü buraxılışının növbəti qonağı AZCON Holding-də Baş hüquq inzibatçısı, Hüquq departamentinin rəhbəri, Bakı Arbitraj Mərkəzinin İdarə Heyətinin üzvü, ADA Universitetinin müəllimi və Niderlandın Leyden Universitetinin mühazirəçisi Toğrul Quluzadə olmuşdur.

“Beynəlxalq arbitrajda işin aparılması: arbitraj sazişindən yekun qəraradək” mövzusuna həsr olunmuş təlim çərçivəsində Femida Könüllüləri beynəlxalq arbitrajda işin aparılması prosesinin əsas mərhələləri, arbitraj sazişinin bağlanmasından yekun arbitraj qərarının qəbulunadək olan prosedurlar və praktiki məsələlər barədə ətraflı məlumat əldə etmişlər.Təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmış, beynəlxalq arbitrajda işin aparılması ilə bağlı mövzu ətrafında müzakirələr aparılmışdır.