XIII Ümumdünya Şəhərsalma Forumunda iştirak edən Femida Könüllüləri
Femida Könüllüləri WUF13 çərçivəsində könüllü kimi fəaliyyət göstəriblər!

BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən təşkil olunan XIII Ümumdünya Şəhərsalma Forumu (WUF13) şəhərlərin dayanıqlı inkişafı, urbanizasiya, iqlim dəyişiklikləri və gələcəyin şəhərləri ilə bağlı qlobal müzakirələrin aparıldığı nüfuzlu beynəlxalq platformalardan biridir.
Femida Könüllüləri bu mühüm beynəlxalq tədbirdə könüllü qismində fəal iştirak edərək, forumun təşkili və iştirakçılarla koordinasiya prosesinə dəstək olublar. Könüllülərimiz beynəlxalq mühitdə təcrübə qazanaraq ölkəmizi uğurla təmsil ediblər!