Xankəndi Şəhər Məhkəməsində Femida Könüllüsünə sertifikat təqdimatı
Regionlarda məhkəmə modulu üzrə fəaliyyətini Xankəndi Şəhər Məhkəməsində uğurla başa vuran Femida Könüllüsünə sertifikat təqdimetmə mərasimi baş tutub.Mərasimdə iştirak edən Xankəndi Şəhər Məhkəməsinin sədri Tərlan Nüsrətov könüllünün fəaliyyətini yüksək qiymətləndirib və ona gələcək işlərində uğurlar arzulayıb.
Sonra məzun olan Femida Könüllüsü sertifikatla təltif edilib.
Qeyd edək ki, #RegionKönüllüsü cari ilin iyul - avqust ayları ərzində 45 gün müddətində həftədə 5 gün olmaqla Xankəndi Şəhər Məhkəməsində intensiv proqram çərçivəsində fəaliyyətdə olub. O ilkin və yekun qiymətləndirməni uğurla keçərək, STEP I mərhələsini başa çatdırıb.
Könüllü qeyd olunan fəaliyyət vasitəsilə yay tətili müddətində həm istirahət edib, həmçinin asudə vaxtını faydalı dəyərləndirmə şansı əldə edib.