Xəbərlər

ArbiTrain layihəsinin bağlanış mərasimi

“Innoland” İnkubasiya və Akselerasiya mərkəzində “Femida Könüllüləri” Təşkilatının #ArbiTrain layihəsinin bağlanış mərasimi keçirilib.

Mərasimdə Kəmalə Mehdiyeva Azər Əliyev və Toğrul Quluzadənin iştirakı ilə “Arbitraj haqqında qanun - Ümumi müddəalar və beynəlxalq standartlar” mövzusu ətrafında panel müzakirə həyata keçirib. Müzakirə daha sonra iştirakçıların sual-cavabları ətrafında interaktiv formada davam etdirilib. Sonda layihədə uğurla iştirak edən könüllülərə Kəmalə Mehdiyeva, Azər Əliyev, Toğrul Quluzadə, Mahir Məlikov və Nilgün Məmmmədova tərəfindən sertifikatlar təqdim edilib.