Xəbərlər

“Arbitrajın növləri və institusional arbitraj: beynəlxalq arbitraj mərkəzləri və Bakı Arbitraj Mərkəzinin əhəmiyyəti” mövzusuna həsr olunmuş təlim

“Femida Könüllüləri” Təşkilatı və Bakı Arbitraj Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilən “ArbiTrain” layihəsinin III-cü buraxılışının qonağı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Biznes Hüququ Komitəsinin sədri, Bakı Arbitraj Mərkəzinin İdarə Heyətinin üzvü və “Apex Advisors” hüquq şirkətinin təsisçisi Nazlı Əhmədova olmuşdur.

“Arbitrajın növləri və institusional arbitraj: beynəlxalq arbitraj mərkəzləri və Bakı Arbitraj Mərkəzinin əhəmiyyəti” mövzusuna həsr olunmuş təlim çərçivəsində Femida Könüllüləri arbitrajın əsas növləri, institusional və ad hoc arbitraj arasındakı fərqlər, beynəlxalq arbitraj mərkəzlərinin fəaliyyəti və arbitraj prosesində onların rolu barədə ətraflı məlumat əldə etmişlər.

Təlim zamanı, həmçinin Bakı Arbitraj Mərkəzinin fəaliyyəti, institusional arbitrajın üstünlükləri və müasir arbitraj praktikasında beynəlxalq arbitraj mərkəzlərinin əhəmiyyəti haqqında fikir mübadiləsi aparılmışdır.

Sonda Femida Könüllülərini maraqlandıran suallar cavablandırılmışdır.