Xəbərlər

“Femida Könüllüləri” Təşkilatının sədri Salman Vahabov I Gənclər Forumunda

“Femida Könüllüləri” Təşkilatının sədri Salman Vahabov VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun çərçivəsində keçirilən I Gənclər Forumunda Azərbaycan nümayəndə heyətinin üzvü qismində iştirak etmişdir.

24–26 oktyabr tarixlərində Quba şəhərində keçirilmiş Forum 44 ölkədən 85 gənc lideri, o cümlədən BMT-nin Sivilizasiyalar Alyansının (BMTSA) Gənclər Şəbəkəsinin üzvlərini bir araya gətirmişdir.

Forum çərçivəsində keçirilmiş müxtəlif müzakirə və fəaliyyətlər iştirakçılar arasında beynəlxalq təcrübə mübadiləsinə, yeni əməkdaşlıq imkanlarının müzakirəsinə, eləcə də gənclərin mədəniyyətlərarası dialoq və həmrəylik təşəbbüslərində rolunun gücləndirilməsinə imkan yaratmışdır.