Xəbərlər

Yeni Nəslin İnkişaf Modeli

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və “Femida Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə həyata keçirilən “Yeni Nəslin İnkişaf Modeli” layihəsi çərçivəsində 26 oktyabr 2026-cı il tarixində 193 nömrəli tam orta məktəbdə şagirdlər üçün maarifləndirici təlim təşkil olunmuşdur.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, CSS Konsaltinq şirkətinin rəhbəri və CSS Legal Academy-nin təsisçisi Nuridə İbrahimova tərəfindən keçirilmiş təlim çərçivəsində uşaq hüquqlarının qorunması, hüquq və azadlıqlarının təmin edilməsi, onların cəmiyyətə inteqrasiyası və sağlam şəxsiyyət kimi formalaşması məsələlərinə toxunulmuşdur.

Eyni zamanda, uşaqların inkişafında hüquqi maarifləndirmənin rolu, onların qarşılaşa biləcəyi çətinliklər və bu hallarda hüquqlarının müdafiəsinin əhəmiyyəti barədə ətraflı məlumat verilmişdir. İştirakçılar mövzu ilə bağlı fikirlərini bölüşmək və onları maraqlandıran suallara cavab almaq imkanı əldə etmişlər.