Ali Məhkəmədə könüllülərin sertifikasiyası
Azərbaycan Respublikasının Ali Məhkəməsində fəaliyyətlərini uğurla başa vuran Femida könüllülərinin sertifikatların təqdimetmə mərasimi.Azərbaycan Respublikasının Ali Məhkəməsində fəaliyyətlərini uğurla başa vuran Femida könüllülərinə sertifikatların təqdimetmə mərasimi keçirilib.Mərasimdə iştirak edən Ali Məhkəmə Aparatının rəhbəri Elvin Hətəmzadə, Daxili nəzarət və insan resursları şöbəsinin müdiri Mahir Məlikov və “Femida Könüllüləri” Təşkilatının sədri Nilgün Məmmədova könüllülərin fəaliyyəti barədə fikirlərini bölüşüb, onların məhkəmə işinə verdiyi töhfədən bəhs ediblər.
Sonra məzun olan Femida könüllüləri sertifikatlarla təltif ediliblər.
Qeyd edək ki, könüllülər oktyabr-dekabr və noyabr-yanvar ayları ərzində Ali Məhkəmədə fəaliyyətdə olublar. Onlar ilkin və yekun qiymətləndirməni uğurla keçərək, fəaliyyətlərini başa çatdırıblar.