Bakı Ağır Cinayətlər Məhkəməsində könüllülərin sertifikasiyası
Bakı Ağır Cinayətlər Məhkəməsində fəaliyyətlərini uğurla başa vuran Femida könüllülərinin sertifikatların təqdimetmə mərasimiBakı Ağır Cinayətlər Məhkəməsində fəaliyyətlərini uğurla başa vuran Femida könüllülərinə sertifikatların təqdimetmə mərasimi baş tutub.Mərasimdə iştirak edən məhkəmənin sədri İsmayıl Xəlilov və “Femida Könüllüləri” Təşkilatının sədri Nilgün Məmmədova çıxış edərək, könüllülərin fəaliyyətini yüksək qiymətləndirib və onlara gələcək işlərində uğurlar arzulayıblar.
Sonra məzun olan Femida könüllüləri sertifikatlarla təltif ediliblər.
Qeyd edək ki, könüllülər oktyabr-dekabr və noyabr-yanvar ayları ərzində Bakı Ağır Cinayətlər Məhkəməsində fəaliyyətdə olublar. Onlar ilkin və yekun qiymətləndirməni uğurla keçərək, STEP I mərhələsini başa çatdırıblar.