Xəbərlər

Bakı Dövlət Universitetinin Hüquq Fakültəsində infosessiya

“Femida Könüllüləri” Təşkilatı tərəfindən infosessiya

2024-cü il martın 5-də Bakı Dövlət Universiteti Hüquq Fakültəsində “Femida Könüllüləri” Təşkilatı tərəfindən infosessiya keçirilib.
İnfosessiya zamanı “Femida Könüllüləri” Təşkilatının sədri Nilgün Məmmədova, sədr müavini Rəfael Məhərrəmli,  İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Mirəli Seyidov çıxış edərək, tələbələrə qarşıda duran məqsədlər, gələcək fəaliyyət istiqamətləri, Təşkilata üzvlük prosedurları və digər məsələlər barədə geniş məlumat veriblər.
Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.