Binəqədi Rayon Məhkəməsində könüllülərin sertifikasiyası
Fəaliyyətlərini uğurla başa vuran Femida könüllülərinin sertifikatların təqdimetmə mərasimiBakı şəhəri Binəqədi Rayon Məhkəməsində fəaliyyətlərini uğurla başa vuran Femida könüllülərinə sertifikatların təqdimetmə mərasimi baş tutub.Mərasimdə iştirak edən məhkəmənin hakimi Abbas Rzayev və məhkəmə kollektivi, həmçinin “Femida Könüllüləri” Təşkilatının sədr müavini Rəfael Məhərrəmli çıxış edərək, könüllülərin fəaliyyətini yüksək qiymətləndirib və onlara gələcək işlərində uğurlar arzulayıblar.
Sonra məzun olan Femida könüllüləri sertifikatlarla təltif ediliblər.
Qeyd edək ki, #könüllülər oktyabr-dekabr və noyabr-yanvar ayları ərzində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsində fəaliyyətdə olublar. Onlar ilkin və yekun qiymətləndirməni uğurla keçərək, STEP I mərhələsini başa çatdırıblar.