Sabunçu Rayon Məhkəməsində könüllülərin sertifikasiyası
Fəaliyyətlərini uğurla başa vuran Femida könüllülərinin sertifikatların təqdimetmə mərasimiBakı şəhəri Sabunçu Rayon Məhkəməsində fəaliyyətlərini uğurla başa vuran Femida könüllülərinə sertifikatların təqdimetmə mərasimi baş tutub.Mərasimdə iştirak edən məhkəmə sədri Vidadi Qasımov və “Femida Könüllüləri” Təşkilatının sədr müavini Rəfael Məhərrəmli çıxış edərək, könüllülərin fəaliyyətini yüksək qiymətləndirib və onlara gələcək işlərində uğurlar arzulayıblar.
Sonra məzun olan Femida könüllüləri sertifikatlarla təltif ediliblər.
Qeyd edək ki, könüllülər oktyabr-dekabr və noyabr-yanvar ayları ərzində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsində fəaliyyətdə olublar. Onlar ilkin və yekun qiymətləndirməni uğurla keçərək, STEP I mərhələsini başa çatdırıblar