“Dəyirmi Masa” layihəsinin növbəti buraxılışı
Femida Könüllüləri üçün təşkil olunan “Dəyirmi Masa” layihəsinin növbəti buraxılışı ilə qarşınızdayıq!“İnzibati hüququn gələcəyi: rəqəmsallaşma və yeni hüquqi çağrışlar” mövzusunda keçiriləcək “Dəyirmi Masa” layihəsinin növbəti qonaqları Bakı Apellyasiya Məhkəməsinin hakimi Fərid İsmayılzadə və Şirvan İnzibati Məhkəməsinin hakimi Rəşidə Quliyevadır.
Qeyd edək ki, “Dəyirmi Masa” layihəsinin çərçivəsində Femida Könüllüləri ilə rəqəmsallaşmanın inzibati hüquqa təsiri, süni intellekt və elektron idarəetmənin hüquqi aspektləri, həmçinin gələcək hüquqi tənzimləmə mexanizmləri barədə geniş müzakirələr aparılacaq.