“Femida Akademiya” layihəsi çərçivəsində təlim
Femida Könüllülərinin hüquq sahəsində peşəkar inkişafını dəstəkləmək məqsədilə həyata keçirilən “Femida Akademiya” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət işləri üzrə sektor müdiri, təlimçi Pərvanə Ələkbərli tərəfindən “Hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər” mövzusunda təlim sessiyası keçirilib.

