Xəbərlər

Könüllülər üçün “kətan üzərində akril boya ilə rəsm” master-klass

Könüllülər üçün “kətan üzərində akril boya ilə rəsm” üzrə master-klass

“Femida Könüllüləri” Təşkilatı tərəfindən Novruz bayramı ilə əlaqədar könüllülərin asudə vaxtlarının daha səmərəli təşkil edilməsi və onların arasında kommunikasiyaların qurulması məqsədilə layihələr həyata keçirilir. 

Belə ki, cari ilin 16 mart tarixində “Femida Könüllüləri” Təşkilatının art-direktoru Tamella İsmayılova tərəfindən könüllülər üçün “kətan üzərində akril boya ilə rəsm” üzrə master-klass keçirilib. 

Master-klass zamanı könüllülərə rəsm və boyama texnikaları göstərilib.