#ArbiTrain layihəsi çərçivəsində ilk təlim keçirilib
ArbiTrain layihəsi çərçivəsində ilk təlim“Femida Könüllüləri” Təşkilatının #ArbiTrain layihəsi çərçivəsində ilk təlim keçirilib.
Təlimin ilk qonağı Azərbaycan Arbitraj Assosiyasının prezidenti, Paris-East Créteil (UPEC) və Paris 1 Panthéon-Sorbonne Universitetlərində professor, Paris Vəkil Bürosunun və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Elmi-Məsləhət Şurasının üzvü Kamalia Mehtiyeva könüllülərə arbitrajın əsas prinsip və mahiyyəti, “Arbitraj haqqında” Azərbaycan Respublikası Qanununun əlaqəli müddəaları haqqında ətraflı məlumat verib, bu sahədə öz təcrübələrini bölüşüb.
Təlim könüllülər tərəfindən maraqla qarşılanıb.