Xəbərlər

Femida Könüllülərinin sertifikasiyası

Regionlarda məhkəmə modulu üzrə fəaliyyətlərini Şəmkir Rayon Məhkəməsində uğurla başa vuran Femida Könüllülərinə sertifikatların təqdimetmə mərasimi baş tutub.

Mərasimdə iştirak edən Şəmkir Rayon Məhkəməsinin sədri Zaur Allahyarov könüllülərin fəaliyyətini yüksək qiymətləndirib və onlara gələcək işlərində uğurlar arzulayıb.

Sonra məzun olan Femida Könüllüləri sertifikatlarla təltif ediliblər.
Qeyd edək ki, #RegionKönüllüləri cari ilin iyul - avqust ayları ərzində 45 gün müddətində həftədə 5 gün olmaqla intensiv proqram çərçivəsində Şəmkir Rayon Məhkəməsində fəaliyyətdə olublar. Onlar ilkin və yekün qiymətləndirməni uğurla keçərək, STEP I mərhələsini başa çatdırıblar.

Könüllülər qeyd olunan fəaliyyət vasitəsilə yay tətili müddətində həm istirahət edib, həmçinin asudə vaxtlarını faydalı dəyərləndirmə şansı əldə ediblər.