Xəbərlər

Könüllülər üçün "Legal Ring" yarışı təşkil olunub

"Femida Könüllüləri" Təşkilatı tərəfindən cari ilin 11 may tarixində könüllülər üçün “Legal Ring - Yaz 2024” #intellektual yarışı təşkil olunub.

Ulu Öndər Heydər Əliyevin 101 illik yubileyinə həsr olunmuş yarışın keçirilməsində məqsəd Ümummilli Liderin həyat və yaradıcılığının gənclər arasında təbliği, könüllülərin asudə vaxtlarının səmərəli təşkili, onların #hüquqi bilikləri və dünyagörüşlərinin artırılması olub.

Müxtəlif instansiya məhkəmələrində fəaliyyət göstərən cari  və məzun Femida könüllülərindən ibarət komandaların iştirakı ilə keçirilən gərgin mübarizədə “Rule of Law” komandası qalib gəlib.

Sonda I, II və III yeri tutan komandalar mükafatlarla təltif edilib.