Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsində Femida Könüllülərinə sertifikatlar təqdim olunub
Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsində fəaliyyətlərini uğurla başa vuran Femida Könüllülərinə sertifikatların təqdimetmə mərasimi baş tutub.
Mərasimdə iştirak edən Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin sədri Hüseyn Məmmədov könüllülərin fəaliyyətini yüksək qiymətləndirib və onlara gələcək işlərində uğurlar arzulayıb.Sonra məzun olan Femida könüllüləri sertifikatla təltif ediliblər.
Qeyd edək ki, #könüllülər mart-iyun ayları ərzində Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsində fəaliyyətdə olublar. Onlar ilkin və yekun qiymətləndirməni uğurla keçərək, STEP I mərhələsini başa çatdırıblar.