Xəbərlər

Yay tətilində könüllülərin könüllülük fəaliyyəti

Yay aylarında Femida Könüllüsü olmaq istəyən gənclərin nəzərinə!

Könüllülər, gənclərin asudə vaxtlarının səmərəli şəkildə dəyərləndirilməsi,  regionlarda fəaliyyətin təmin edilməsi və könüllülük fəaliyyətinə əlçatanlığın artırılması  məqsədilə yay tətilində  45 gün ərzində (1 İyul - 15 Avqust) STEP I və ya STEP II mərhələləri üzrə fəaliyyət göstərə biləcəklər. Qeydiyyat zamanı  www.fmd.az vasitəsilə “Şəhər/Rayon” bölməsində fəaliyyət göstərmək istədikləri regionları seçərək regionlarda fəaliyyətə qoşula bilərsiniz.

 Qeyd: Regionlarda fəaliyyət sadəcə məhkəmə modulu üçün nəzərdə tutulmuşdur.