Xəbərlər

20 Yanvar - Ümumxalq Hüzn Günü

Femida Könüllüləri 20 Yanvar - Ümumxalq Hüzn Günü münasibətilə Şəhidlər Xiyabanını ziyarət edib.

Ziyarət zamanı ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda həyatlarını fəda etmiş qəhrəman vətəndaşlarımızın xatirəsi dərin hörmətlə anılıb, məzarları üzərinə güllər qoyulub.