Xəbərlər

22 saylı Vəkil Bürosunda könüllülərin sertifikasiyası

22 saylı Vəkil Bürosunda fəaliyyətlərini uğurla başa vuran Femida Könüllülərinə sertifikatların təqdimetmə mərasimi baş tutub.

Mərasimdə iştirak edən 22 saylı Vəkil Bürosunun vəkili  Muradlı Mehman  könüllülərin fəaliyyətini yüksək qiymətləndirib və onlara gələcək işlərində uğurlar arzulayıblar.

Sonra məzun olan Femida könüllüləri sertifikatlarla təltif ediliblər.

Qeyd edək ki, #könüllülər may-avqust ayları ərzində 22 saylı Vəkil Bürosunda fəaliyyətdə olublar. Onlar ilkin və yekun qiymətləndirməni uğurla keçərək, STEP I mərhələsini başa çatdırıblar.