Xəbərlər

ADA universitetində "Femida Könüllüləri" üçün təlim

Cari ilin 26 fevral tarixində ADA Universitetində "Silent Voices of Children" layihəsi çərçivəsində "Uşaqlara qarşı zorakılıq və onun qarşısının alınması" mövzusunda Femida Könüllüləri üçün təlim keçirilib.

Təlim Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Tural Hüseynzadə tərəfindən keçirilib. 

Görüş zamanı uşaqlara qarşı zorakılığın hüquqi aspektləri, profilaktik mexanizmlər və institusional yanaşmalar barədə ətraflı məlumat verilib. Təlim interaktiv müzakirələrlə davam edib, iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.