Xəbərlər

“Akademik hüquqi yazı: məqalə necə yazılmalıdır?” mövzusunda təlim

“Femida Könüllüləri” Təşkilatı və Bakı Dövlət Universiteti Hüquq fakültəsi Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Akademik hüquqi yazı: məqalə necə yazılmalıdır?” mövzusunda təlim keçirilmişdir.

Təlim Tələbə Elmi Cəmiyyətinin sədri və BDU Tələbə Hüquq Jurnalının nəşri olan Akademik hüquqi yazı kitabçasının həmmüəllifi Sezər Allahverdiyev tərəfindən keçirilmişdir.

Təlim çərçivəsində Femida könüllülərinə akademik hüquqi araşdırmanın əsasları, araşdırma prosesinin səmərəli təşkili, hüquqi məqalənin strukturu və yazı prosesi barədə ətraflı məlumat verilmişdir. Eyni zamanda, Jurnalın sahə üzrə formalaşmış təcrübəsi iştirakçılarla bölüşülmüşdür.