Xəbərlər

AKTİ-nin IV Hesabat-Seçki konfransı baş tutub

21 oktyabr tarixində Bakı Konqres Mərkəzində Azərbaycan Könüllü Təşkilatları İttifaqının IV Hesabat-Seçki konfransı baş tutub.

Konfransda AKTİ-yə üzv təşkilatların rəhbərləri, media nümayəndələri, bir sıra rəsmi qonaqlar və könüllülər iştirak ediblər. 

Keçirilən səsvermənin nəticələrinə uyğun  olaraq  Vüqar Əliyev Azərbaycan Könüllü Təşkilatları İttifaqının yeni sədri seçilib və yeni İdarə Heyəti formalaşıb.

Yeni formalaşan idarə heyətinin tərkibində “Femida Könüllüləri” Təşkilatının sədri Nilgün Məmmədova da yer almışdır. 

Həmçinin göstərdikləri uğurlu fəaliyyətə görə İttifaqa üzv olan təşkilatları mükafatlandıra  mərasimində “Femida Könüllüləri” Təşkilatı təşəkkürnamə ilə təltif olunub.