Xəbərlər

Ali Məhkəmədə könüllülərin sertifikasiyası

Cari ilin 24 iyun tarixində Azərbaycan Respublikasının Ali Məhkəməsində fəaliyyətlərini uğurla başa vuran Femida Könüllülərinə sertifikatların təqdimetmə mərasimi baş tutub.

Mərasimdə iştirak edən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Daxili nəzarət və insan resursları şöbəsinin müdiri Mahir Məlikov könüllülərin fəaliyyəti barədə fikirlərini bölüşüb,onların məhkəmə işinə verdiyi töhfədən bəhs edib və könüllülərə gələcək işlərində uğurlar arzulayıb.

“Femida Könüllüləri Təşkilatının sədri Nilgün Məmmədova çıxış edərək, təşkilatın yeni fəaliyyət  istiqamətləri və mövcud imkanlarla bağlı könüllülərə ətraflı məlumat verib.  

Sonra məzun olan Femida Könüllüləri sertifikatlarla təltif ediliblər.

Qeyd edək ki, #könüllülər cari ilin fevral-may ayları ərzində Azərbaycan Respublikasının Ali Məhkəməsində fəaliyyətdə olublar. Onlar ilkin və yekun qiymətləndirməni uğurla keçərək, STEP II mərhələsini başa çatdırıblar.