Daxili nəzarət və insan resursları şöbəsinin müdiri Mahir Məlikovla görüş
Cari ilin 6 iyun tarixində Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Daxili nəzarət və insan resursları” şöbəsinin müdiri Mahir Məlikov və “Femida Könüllüləri” Təşkilatının idarə heyəti ilə “Azərbaycan Məhkəmələrində Könüllülük” modulunun STEP I mərhələsində fəaliyyət göstərən Femida könüllüləri arasında görüş keçirilmişdir.Görüşdə cari könüllülərin könüllülük fəaliyyəti ilə bağlı müzakirələr aparılmış, könüllülərin təklif və şikayətləri dinlənilmişdir.
“Daxili nəzarət və insan resursları” şöbəsinin müdiri Mahir Məlikov könüllülərə könüllülük fəaliyyəti ilə bağlı tövsiyələr vermiş və fəaliyyətlərində uğurlar arzulamışdır.
Daha sonra, “Femida Könüllüləri” Təşkilatının sədri Nilgün Məmmədova təşkilatın fəaliyyətində olan yeniliklər, yaradılan imkanlarla bağlı könüllülərə ətraflı məlumat vermiş və verilən sualları cavablandırmışdır.
Sonda Nilgün Məmmədova “Femida Könüllüləri” Təşkilatının yaranmasında və fəaliyyətində göstərilən daimi dəstəyə görə Azərbaycan Respublikasının Ali Məhkəməsinə təşəkkürünü bildirilmişdir.