“ArbiTrain” layihəsinin II buraxılışı
"Konstitusiya və Suverenlik" ili çərçivəsində Femida Könüllülərinin hüquq sahəsində peşəkar inkişafını dəstəkləmək məqsədilə “Themis Academy” layihəsinə start veririk!Layihənin məqsədi Femida Könüllülərinin praktiki bilik və bacarıqlarının artırılması, hüquq sahəsinin müxtəlif aspektlərinin dərindən öyrənilməsi, həmçinin peşəkar təlimçilərlə birgə real məhkəmə təcrübəsinin öyrənilməsi üçün şəraitin yaradılmasıdır.
"Themis Academy" layihəsi çərçivəsində STEP I mərhələsi üzrə fəaliyyət göstərən Femida Könüllüləri “Məhkəmə icraatının anlayışı, növləri və tənzimlənməsi qaydaları”, “Mülki hüququn əsasları” və “Hüquqi yazı və yumşaq bacarıqlar” modulları üzrə təlimlərə cəlb olunacaqlar.