“ArbiTrain” layihəsinin II buraxılışı
"Femida Könüllüləri" Təşkilatı tərəfindən gənc hüquqşünaslar arasında ölkədə yeni növ hüquq peşələrinin təbliği məqsədilə təşkil edilmiş “ArbiTrain” layihəsinin II-ci buraxılışının ilk qonağı Nazlı Əhmədova olmuşdur.Nazlı Əhmədova, Azərbaycan Respublikası Vəkillər Kollegiyası Biznes Hüququ Komitəsinin sədri, “Apex Advisors” hüquq şirkətinin təsisçisidir.
“İxtisaslaşmış arbitrajın əsas növləri və xüsusiyyətləri” mövzusuna həsr olunmuş ilk təlim çərçivəsində könüllülər ixtisaslaşmış arbitrajın əsas növləri, onların spesifik xüsusiyyətləri, hüquqi əsasları və tətbiq mexanizmləri barədə ətraflı məlumatlar əladə ediblər.
Sonda Femida Könüllülərini maraqlandıran suallar cavablandırılıb.