Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və “Femida Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə təlim
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə “Femida Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə 25 may 2026-cı il tarixində Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Kibertəhlükəsizlik və şəxsi məlumatların qorunması" mövzusunda maarifləndirici təlim təşkil olunmuşdur.


Təlim zamanı tələbələrə internetdə məlumatların təhlükəsizliyinin təmin olunması, sosial şəbəkələrdən istifadə zamanı diqqət yetirilməli məqamlar, şəxsi və maliyyə məlumatlarının qorunma üsulları, eləcə də kibercinayətkarlıq hallarına qarşı hüquqi müdafiə mexanizmləri haqqında ətraflı məlumat təqdim olunmuşdur.
Təlim interaktiv formatda keçirilmiş, mövzu ilə bağlı maarifləndirici oyunlar təşkil olunmuşdur. Bununla yanaşı, iştirakçıların sualları cavablandırılmışdır və onların aktiv iştirakı təmin edilmişdir.